Bir gündə dünyada koronavirusa 2 minə yaxın insan yoluxub

Bir gündə dünyada koronavirusa 2 minə yaxın insan yoluxub Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son gün ərzində dünyada koronavirusa 1 922 yoluxma hadisəsi qeydə alıb.
Digər ölkələr
236
4 Mart , 2020 03:05
Bir gündə dünyada koronavirusa 2 minə yaxın insan yoluxub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son gün ərzində dünyada koronavirusa 1 922 yoluxma hadisəsi qeydə alıb.

“Report” xəbər verir ki, bu barədə ÜST-ün gündəlik hesabat məlumatında bildirilir.

Təkcə Çində yeni virusa 1 792 insan yoluxub.

Dünyada koronavirusa yoluxanların ümumi sayı 90 870 nəfər təşkil edir ki, onun da 80 304-ü Çindədir. 

Virus Çində 2 946, dünyada isə 166 nəfərin ölümünə səbəb olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub

Son xəbərlər

Orphus sistemi