Yuxarı

Benyamin Netanyahu ​Barak Obama ilə görüşdən imtinaya aydınlıq gətirib

Martın 18-də İsrail hökumət başçısı Ağ Evdə ABŞ prezidenti ilə görüşməli idi

Bakı. 8 mart. REPORT.AZ/ "ABŞ-da prezident seçkisi kampaniyasına cəlb edilməmək üçün ölkə prezidenti Barak Obama ilə görüşdən imtina etdim". 

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər etməməsinə aydınlıq gətirərkən bildirib.

"ABŞ-da prezidentliyə namizədlər İsrailin əsl dostu olduqlarını nümayiş etdirəmək üçün yarışırlar. Mən isə bu kampaniyaya cəlb edilmək istəmirəm", - deyə hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, martın 18-də Benyamin Netanyahu Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşməli idi. Bundan başqa, martda onun Amerika-İsrail Komitəsinin ictimai işlər üzrə iclasında çıxışı da gözlənilirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi