Bill Geyts Donald Trampın elm üzrə məsləhətçisi vəzifəsindən imtina edib

Bill Geyts Donald Trampın elm üzrə məsləhətçisi vəzifəsindən imtina edib Bakı. 1 may. REPORT.AZ/ Microsoft şirkətinin təsisçisi Bill Geyts ABŞ Prezidenti Donald Trampın elm üzrə məsləhətçisi təklifindən imtina edib.
Digər ölkələr
1 May , 2018 11:02
Bill Geyts Donald Trampın elm üzrə məsləhətçisi vəzifəsindən imtina edib
REUTERS/Francois Lenoir

Bakı. 1 may. REPORT.AZ/ "Microsoft" şirkətinin təsisçisi Bill Geyts ABŞ Prezidenti Donald Trampın elm üzrə məsləhətçisi təklifindən imtina edib.

"Report" xəbər verir ki, bu barədə sahibkar "Statnews" nəşrinə müsahibəsində bildirib.

O deyib ki, dövlət başçısı ilə 12 milyon dollar ayırmağı planlaşdırdığı qripə qarşı universal vaksinin işlənib hazırlanması məsələsini müzakirə edib. 

B.Geytsin sözlərinə görə, bu ideya D.Trampı çox maraqlandırıb və o, belə bir vaksinana mümkün olub-olmadığını soruşmaq üçün Ərzaq və Dərman Məhsullarına Nəzarət İdarəsinin rəhbəri Skott Qotleybə zəng vurub.

"Ona dedim ki, bəlkə elm üzrə məsləhətçi təyin edəsiniz? Cavabında Tramp məndən bu vəzifəyə təyin olunmaq istəyib-istəmədiyimi soruşdu. Mən isə bunun vaxtımdan istifadənin ən yaxşı variantı olmayacağını bildirdim", - B.Geyts müsahibədə deyib.

Qeyd edək ki, prezidentin elm üzrə məsləhətçi vəzifəsini 2009-cu ildən 2017-ci ilədək Con Holdren tutub. Barak Obama Administrasiyasının gedişindən sonra Donald Tramp bu vəzifəyə heç kimi təyin etməyib.

Son xəbərlər

Orphus sistemi