Livanın paytaxtı Beyrutda yenidən etiraz aksiyaları başlayıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, nümayişçilər ölkə parlamentinin binasını və onun qarşısında olan polislərə daş atıblar.
Hüquq mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, Livanın baş naziri Həsən Diyab xalqa müraciətində hökumətin tam tərkibdə istefa verdiyini bəyan edib.
Beyrut limanında baş verən və azı 200 nəfərdən çox adamın ölümünə, 6 mindən artıq insanın yaralanmasına səbəb olan güclü partlayışdan sonra ədliyyə naziri Mar-Clod Nəcm, ətraf mühit naziri Demianos Qəttər, informasiya naziri Mənəl Əbdül Səməd, maliyyə naziri Ğazi Vəzni, partlayışdan bir gün əvvəl də xarici işlər naziri Nəsif Hitti istefa veriblər.