Livanda etiraz aksiyaları yatırıldı, 728 nəfər yaralandı
Livanda etiraz aksiyaları yatırıldı, 728 nəfər yaralandıLivanın paytaxtı Beyrut şəhərinin mərkəzində polis qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada 110-a yaxın şəxs yaralanıb.
Livanda hərbçilər nümayişçiləri İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarından çıxararaq həmin ərazidən uzaqlaşdırıblar.
“Report” xəbər verir ki, hüquq-mühafizə orqanları ilə aksiya iştirakçıları arasında baş verən toqquşmalarda 728 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir polis əməkdaşı həlak olub. Yaralıların 70-i hüquq mühafizə orqanlarının əməkdaşlarıdır.
Eyni zamanda polis nümayişlərdə iştirak edən 19 nəfəri saxlayıb.
Qeyd olunub ki, hazırda ölkənin paytaxtı Beyrutda başlayan iğtişaşların qarşısı alınıb və şəhərdə toqquşma müşahidə edilmir.
21:40
Livanın paytaxtı Beyrut şəhərində davam edən nümayişlərdə silah səsləri eşidilib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, güllə yarası alan polis vəfat edib.
Qeyd olunub ki, silahlı insident zamanı nümayişçilərin də bir neçəsi ağır yaralanıb.
Bundan başqa, 238 nəfər toqquşmalarda xəsarət alıb. Bildirilib ki, 63 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.
Etirazçılar Livan Banklar Asosassiyasının binasına daxil olub. Onlara Livan ordusunun ehtiyatda olan zabitləri başçılıq edir.
Artıq nümayişçilər İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarına hücum edərək oranı ələ keçiriblər. Onlar Xarici İşlər Nazirliyinin binasını qərargah elan ediblər.
Polis nümayişçilərə qarşı bibər qazından istifadə edir.
Etirazçılar həmçinin, Ətraf Mühit Nazirliyinin də binasına daxil olmağa çalışır.
20:35
Beyrutda hökumət əleyhinə keçirilən mitinqlər davam edir.
“Report” xəbər verir ki, nümayişçilər parlamentin binasına doğru irəliləyib və onlardan bəzisi qanunverici orqanın binasına daxil olub. Polis iştirakçılara qarşı bibər qazından istifadə edib.Parlametin qarşısında isə yanğın başlayıb.
Şəhərin digər istiqamətində, Əşrəfiyyə bölgəsində nümayişçilər Livan Xarici İşlər Nazirliyinin binasına daxil olaraq binanı ələ keçiriblər. Nümayişçilər Xarici İşlər Nazirliyinin binasını qərargah elan ediblər. Hazırda polislər etirazçılarla danışıqlar aparır.
Etirazçıların həmçinin, Ətraf Mühit Nazirliyinin və İqtisadiyyat Nazirliyinin binasına daxil olduqları da deyilir.
Qeyd edək ki, avqustun 4-də Beyrutda baş vermiş partlayışdan sonra Livanın paytaxtında əhali küçələrə çıxıb. Nümayişçilər hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Livanın paytaxtı Beyrut şəhərinin mərkəzində polis qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada 130 şəxs yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Livan Qızıl Xaç Cəmiyyəti öz “Twitter” səhifəsində məlumat verib.
Bildirilib ki, 28 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.
Mitinqlər Beyrutun mərkəzindəki parlament binasının qarşısından başlayıb. Artıq etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasına daxil olublar.
Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, etirazçılar limanda baş verən partlayışdan sonra hazırkı hökumətin istefasını tələb edirlər.
#Beirut Protest: 28 people have been transported to nearby hospitals. 102 people are being treated at the scene. pic.twitter.com/FWIJ7hMVwn