Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 14 nəfər həlak olub

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 14 nəfər həlak olub Bakı. 25 noyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirib.
Digər ölkələr
25 Noyabr , 2018 18:33
Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 14 nəfər həlak olub

Bakı. 25 noyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirib.

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbələr Eş-Şaaf vilayətinə endirilib. Zərbələr nəticəsində 14 dinc sakin həlak olub. Ölənlərin bir-birlərinə qohum olduqları bildirilir.

Qeyd edək ki, beynəlxalq koalisiya iki gün əvvəl də Deyr ez-Zor vilayətinin cənub-şərqindəki Əl-Şaaf yaşayış məntəqəsinə zərbə endirib. Nəticədə 11 dinc sakin həlak olub.

Son xəbərlər

Orphus sistemi