Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 10 dinc sakin həlak olub

Digər ölkələr
  • 12 noyabr, 2017
  • 10:23
Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 10 dinc sakin həlak olub
Foto: "Anadolu"

Bakı. 12 noyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirib.

"Report" xəbər verir ki, bu barədə "SANA" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, zərbə İraqla sərhəddəki Deyr ez-Zor vilayətinin Əl-Dueyji kəndinə endirilib. Nəticədə 10 dinc sakin həlak olub.

Agentliyin məlumatına görə, hava zərbəsinə Təl Al-Şaer yaşayış məntəqəsi və içində yaralıların, həkimlərin olduği təcili yardım maşını məruz qalıb.