Yuxarı

Beynəlxalq Arbitraj Məhkəməsi: Çinin Cənubi Çin dənizindəki mübahisəli adalara iddia etmək haqqı yoxdur

Bir sıra ölkələr əhəmiyyətli karbohidrogen ehtiyatları olan adalara iddia edir

Bakı. 12 iyul. REPORT.AZ/ Haaqa Beynəlxalq Arbitraj Məhkəməsi (BAM) Çinin Cənubi Çin dənizində yerləşən mübahisəli adalarla bağlı iddiası ilə əlaqədar qərar qəbul edib.

"Report" dünya KİV-inə istinadən xəbər verir ki, BAM Çinin Cənubi Çin dənizindəki mübahisəli ərazilər barədə iddiasının heç bir "tarixi hüquqa" malik olmadığına dair qərar çıxarıb.

Qeyd edək ki, rəsmi Pekin bir neçə onilliklər ərzində region ölkələri ilə Cənubi Çin dənizində yerləşən və şelf hissəsində əhəmiyyətli karbohidrogen ehtiyatları aşkarlanan bir sıra adaların ərazi mənsubiyyəti barədə mübahisə edir. Söhbət, ilk növbədə, Sişa arxipelaqından (Parasel adaları), Nanşa (Spratli) və Huanyan (Skarboro rifi) adalarından gedir.

Ərazi mübahisəsində bu və ya digər dərəcədə Vyetnam, Bruney, Malayziya və Filippin iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi