​Bəşşar Əsədin səfiri: "İŞİD lideri yaralanıb"

​Bəşşar Əsədin səfiri: "İŞİD lideri yaralanıb" Riyad Xəddad : "Bunun elə bir əhəmiyyəti yoxdur, çünki yaxın zamanda təkcə İŞİD lideri deyil, qruplaşmanın qalan üzvləri də öldürüləcək"
Digər ölkələr
17 İyun , 2016 13:19
​Bəşşar Əsədin səfiri: İŞİD lideri yaralanıb

Bakı. 17 iyun. REPORT.AZ/ "Əbu Bəkr əl-Bağdadinin öldürülməsi haqda bir söz deyə bilmərəm, ancaq onun yaralandığını dəqiq bilirəm".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Bəşşar Əsəd rejiminin Moskvadakı səfiri Riyad Xəddad terrorçu İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Səfir qeyd edib ki, ancaq bunun elə bir əhəmiyyəti yoxdur: "Çünki yaxın zamanda təkcə İŞİD lideri deyil, qruplaşmanın qalan üzvləri də öldürüləcək". 

Son xəbərlər

Orphus sistemi