Bəşşar Əsədə aid parlamentdə qondarma “erməni soyqırımı”nın tanınması müzakirə edilir

Digər ölkələr
  • 30 noyabr, 2016
  • 06:44
Bəşşar Əsədə aid parlamentdə qondarma “erməni soyqırımı”nın tanınması müzakirə edilir

Bakı. 30 noyabr. REPORT.AZ/ Bəşşar Əsədi dəstəkləyən Suriya parlamentinin komissiyasında qondarma “erməni soyqırımı” məsələsi müzakirə edilir.

“Report” “lragir.am”a istindən xəbər verir ki, bunu Ermənistanda səfərdə olan B.Əsədə bağlı Suriya parlamentinin üzvləri Ömər əl-Ərəbi və Alan Bakeri söyləyib.

Məlumata görə, noyabrın 29-da onlar Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanovla görüşüblər. E.Şarmazanov bildirib ki, Ermənistan parlamenti Suriyadakı problemin dinc yolla həllinə tərəfdardır və müxtəlif beynəlxalq təşkilatların toplantılarında bu mövqedən çıxış edirlər. 

Ömər əl-Ərəbi və Alan Bakeri isə qeyd edib ki, onların təmsil olunduqları parlamentin uyğun komissiyasında “erməni genosidi”nin tanınması məsələsi müzakirə olunur.