Berluskoni vəfat edib
Digər ölkələr
- 12 iyun, 2023
- 08:37
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni iyunun 12-də Milanda xəstəxanada 87 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə məlumatı İtaliyanın "Corriere della Sera" qəzeti yayıb.
Qeyd edək ki, Silvio Berluskoni bu il aprel ayının əvvəlində pnevmoniya ilə xəstəxanaya yerləşdirilmişdi. O, xroniki leykozdan əziyyət çəkirdi. Xəstəliklə əlaqədar olaraq kimyaterapiya müalicə kursu keçmişdi. Daha sonra Berluskoni bir aydan çox Milanda "San Raffaele" klinikasında qalıb. İyunun 9-da yenidən xəstəxanaya yerləşdirilib.
S.Beluskoni 1936-cı il sentyabrın 29-da İtaliyanın Milan şəhərində anadan olub. O, dörd dəfə - 1994-1995, 2001-2005, 2005-2006, 2008-2011-ci illərdə İtaliya Nazirlər Sovetinin sədri (ölkənin Baş naziri) olub.
Son xəbərlər
22:13
Foto
Naxçıvan şəhərində baş verən avtomobil qəzasında dörd nəfər xəsarət alıb
Hadisə21:58
Özbəkistanda Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun fərdi sərgisi keçiriləcək
Mədəniyyət siyasəti21:49
Danimarka Ukraynaya müddətsiz hərbi yardım vəd edib
Digər ölkələr21:40
Foto
Video
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB-2
Xarici siyasət21:36
Cəlilabadda tapılan daş kürənin Neolit dövrünə aidliyi təsdiqlənib
Mədəniyyət siyasəti21:27
Stubb: Rusiya Ukraynada müharibənin dayanması üçün danışıqları bloklayır
Digər ölkələr21:21
İlham Əliyev: Azərbaycan-Özbəkistan İnvestisiya Fondu ən səmərəli və nəticəyönümlü fonddur
Xarici siyasət21:12
Foto
Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev Avropa çempionu olub
Fərdi21:07