Berlində 300-dən çox aksiya iştirakçısı tutulub

Berlində 300-dən çox aksiya iştirakçısı tutulub Almaniyanın paytaxtı Berlin şəhərində koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı keçirilən kütləvi etiraz yürüşündə polislə nümayişçilər arasında qarşıdurma yaranıb.
Digər ölkələr
30 Avqust , 2020 03:22
Berlində 300-dən çox aksiya iştirakçısı tutulub

Almaniyanın paytaxtı Berlin şəhərində yeni növ koronavirus infeksiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı keçirilən icazəsiz nümayişlər zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə polis nümayəndəsi “TASS” müxbirinə deyib.

“Say hələ yekun deyil, amma indi iğtişaşlar zamanı 300-dən çox insanın saxlanıldığından danışa bilərik. Aksiyalarda 38 mindən çox insan iştirak edib, bu rəqəm də qəti deyil” deyə polis rəsmisi bildirib.

Qeyd edək ki, son günlər Almaniyada koronavirusa yoluxma sayı artaraq aprel ayında qeydə alınmış ən yüksək həddə yaxınlaşır. Belə ki, son 24 saat ərzində ölkədə 1 474 nəfər yoluxub. Bütövlükdə, pandemiya ərzində Almaniyada 240 986 nəfər yoluxub, bunların 9 289 nəfəri ölüb.

22:42

Almaniyanın paytaxtı Berlin şəhərində koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı keçirilən kütləvi etiraz yürüşündə polislə nümayişçilər arasında qarşıdurma yaranıb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə polis rəsmisi məlumat verib.

Qeyd olunub ki, artıq 100-dən çox nümayişçi polis tərəfindən saxlanılıb. Bəzi həbslər Rusiya səfirliyinin yaxınlığında aparılıb. Etirazlar diplomatik missiyanın işinə heç bir şəkildə təsir etməyib.

Bildirilib ki, etirazçıların sayı 20 minə çatıb.

Qeyd edək ki, son günlər Almaniyada koronavirusa yoluxma sayı artaraq aprel ayında qeydə alınmış ən yüksək həddə yaxınlaşır. Belə ki, son 24 saat ərzində ölkədə 1 474 nəfər yoluxub. Bütövlükdə, pandemiya ərzində Almaniyada 240 986 nəfər yoluxub, bunların 9 289 nəfəri ölüb.

Son xəbərlər

Orphus sistemi