Belçika polisi Brüsselin mərkəzi vağzalında partlayış törədən kamikadzeni zərərsizləşdirib - FOTO-VİDEO

Belçika polisi Brüsselin mərkəzi vağzalında partlayış törədən kamikadzeni zərərsizləşdirib - FOTO-VİDEO Naməlum şəxsin zərərsizləşdirilməsi zamanı kiçik partlayış olub
Digər ölkələr
20 İyun , 2017 23:45
Belçika polisi Brüsselin mərkəzi vağzalında partlayış törədən kamikadzeni zərərsizləşdirib - FOTO-VİDEO
Foto: "AFP"

Bakı. 20 iyun. REPORT.AZ/ Belçika polisi mərkəzi vağzalda partlayış törədən kamikadzeni zərərsizləşdirib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" yerli mətbuata istinadən xəbər verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, hazırda vağzalda vəziyyət nəzarət altındadır. Belçikanın Milli Dəmir Yolu Şirkətindən isə qeyd edilib ki, hadisə yerində qatarların hərəkəti dayandırılıb.

"Avenir" və "Libre Belgique" nəşrləri Belçika hərbçilərinin vağzalda naməlum kişini güllələmələri barədə xəbər yayıblar. Onun üzərində partladıcı kəmər olub.

"RTL Info" isə şübhəli terrorçunun zərərsizləşdirilməsi zamanı kiçik partlayışın olduğunu bildirib. 

Qeyd edək ki, hadisə yerinə çoxlu sayda polis və hərbçi cəlb edilib. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi