Belçikada hava nəqliyyatının kəsilməsi səbəbindən AK ilə danışıqlar nəticəsiz qalıb

Belçikada hava nəqliyyatının kəsilməsi səbəbindən AK ilə danışıqlar nəticəsiz qalıb Bu gün Brüsseldə Slovakiyanın baş naziri Robert Fiko ilə Avropa Komissiyasının nümayəndələri arasında Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması məsələsi ilə bağlı planlaşdırılan görüş baş tutmayıb.
Digər ölkələr
30 Yanvar , 2025 23:39
Belçikada hava nəqliyyatının kəsilməsi səbəbindən AK ilə danışıqlar nəticəsiz qalıb

Belçikanın paytaxtı Brüsseldə Slovakiyanın Baş naziri Robert Fitso ilə Avropa Komissiyasının nümayəndələri arasında Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması məsələsi ilə bağlı planlaşdırılan görüş baş tutmayıb.

“Report” xəbər verir ki, bu barədə Slovakiyanın Brüsseldəki daimi nümayəndəliyindən bildirilib.

"Brüssel hava limanı Belçika üzərindən hava hərəkətinin mümkün olmadığını bəyan edib. Baş nazirin olduğu təyyarə Slovakiyaya qayıdır", - Daimi Nümayəndəlikdən bildiriblər.

Qeyd edək ki, Belçikada hava nəqliyyatında fasilə 1 saat davam edib. Bunun idarəetmə mərkəzinin kompüter sistemindəki uğursuz yeniləmə səbəbindən baş verdiyi güman edilir. Belçika hava limanlarında hava hərəkəti tədricən bərpa olunur.

Son xəbərlər

Orphus sistemi