Bakı. 15 dekabr. REPORT.AZ/ Ötən gün Fransa-Belçika sərhədində “sarı jiletlilər”in yolda qurduğu barikkadanın qarşısında dayanan yük maşınlarından birinə minik avtomobilinin çırpılması nəticəsində sürücü ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bu gün yanğın mühafizə xidmətindən təsdiqləyici məlumat gəlib.
Bundan əvvəl Belçikada həmkarlar ittifaqları tərəfindən etiraz aksiyaları və tətillər keçiriləcəyinə vəd verilmişdi.