Yuxarı

​Belçikada atom elektrik stansiyasında partlayış olub

Radioaktiv yoluxma təhlükəsi yoxdur

Bakı. 1 noyabr. REPORT.AZ/ Belçikada atom elektrik stansiyasının (AES) elektrik transformatorlarından birində yanğın nəticəsində partlayış baş verib.

"Report" xəbər verir ki, "Electrabel" operator şirkətindən insidentin nüvə xarakteri daşımadığını və radioaktiv yoluxma təhlükəsinin olmadığını bildiriblər.

Hadisə nəticəsində zərərçəkən olmayıb. Yanğın AES-in yanğınsöndürən heyəti tərəfindən dərhal söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi