Belçika kralı Kiyevdə mənzilin döşəməsində gecələyib

Digər ölkələr
  • 24 noyabr, 2017
  • 00:39
Belçika kralı Kiyevdə mənzilin döşəməsində gecələyib

Bakı. 24 noyabr. REPORT.AZ/ Ukrayna prezidenti Petro Poroşenko Brüsseldə Belçika kralı I Filipp ilə görüşdüyünü və kralın ona Kiyevdə necə gecələməsindən danışdığını bildirib.

“Report” xəbər verir ki, Belçika kralı görüş zamanı 1990-cı ildə gizlin Ukraynaya gəldiyini deyib.

"O, xüsusilə 1990-cı ildə Kiyevə necə gizli gəldiyini və adi mənzillərdən birinin döşəməsində gecələməyindən danışdı", - deyə Poroşenko qeyd edib.