Belarus hakimiyyəti respublika Konstitusiyasına əlavə və dəyişikliklər layihəsini ümumxalq müzakirəsinə çıxarıb.
“Report” xəbər verir ki, sənəd prezidentin səlahiyyətlərinin azaldılmasını təklif edir və onun səlahiyyət müddətini iki müddətlə məhdudlaşdırır. Əsas qanun layihəsində ölkənin inkişafının prioritetləri müəyyən edilib, vətəndaşların hüquq və vəzifələri aydınlaşdırılıb. Sənəd qəbul olunarsa, keçid dövrü bütün dövlət orqanlarının hazırkı səlahiyyət müddəti başa çatana qədər qüvvədə olacaq.
Layihə referendumda səsvermə hüququ olan bütün vətəndaşların ən azı yarısı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minə bilər.
Prezidentin səlahiyyətləri
Ən azı 40 yaşı (əvvəllər 35) olan, seçkilərdən bilavasitə əvvəl ən azı 20 il Belarusda daimi yaşayan (əvvəllər 10) Belarus vətəndaşı prezident ola biləcək. O, iki dəfə, beş ildən çox olmayan müddətə seçilə bilər. Prezidentlik müddətinin sayını məhdudlaşdıran dəyişikliklər yeni prezidentin vəzifəyə başladığı gündən qüvvəyə minəcək.
Prezident Belarus Mərkəsi Seçki Komissiyasının üzvlərini, Ali məhkəmələrin sədrlərini və Konstitusiya Məhkəməsinin üzvlərini, Dövlət Nəzarəti Komitəsinin sədrini təyin və vəzifədən azad etmək hüququndan məhrum edilir. Prezident həmçinin, Baş prokuror, Milli Bankın rəhbəri və İdarə Heyətinin sədrini də vəzifədən azad edə bilməyəcək. Eyni zamanda, dövlət başçısı bu məmurları yalnız parlamentin dəstəyi ilə təyin edə biləcək.
Konstitusiyanı pozduğuna və ya vətənə xəyanət etdiyinə görə dövlət başçısı Ümumbelarus Xalq Məclisini istefaya göndərə biləcək - bunun üçün Nümayəndələr Palatasının üçdə birinin və ya səsvermə hüququ olan 150 min ölkə vətəndaşının tələbi tələb olunacaq.
Prezident səlahiyyələrini icra edən şəxs olmazsa, onun səlahiyyətləri parlamentin yuxarı palatasının sədrinə keçir. Terror aktı və ya hərbi təcavüz nəticəsində dövlət başçısı həlak olarsa, fövqəladə vəziyyət elan edilir və əsas qərarlar Təhlükəsizlik Şurası tərəfindən qəbul edilir.
İndiki və keçmiş prezident toxunulmazlıq hüququna malikdir. Keçmiş dövlət başçısı öz funksiyalarının yerinə yetirilməsinə görə məsuliyyət daşıya bilməz, o, ömürlük parlamentin yuxarı palatasının üzvü olur. Bu vəzifəni tutan dövlət başçısı konstitusiyaya edilən dəyişikliklərin qüvvəyə mindiyi tarixdən Ümumbelarus Xalq Məclisinin sədri seçilə bilər. Buradan belə nəticə çıxır ki, Aleksandr Lukaşenko bu vəzifəyə seçilə bilər.
Prezidentin səlahiyyətləri arasında Milli Məclisin hər iki palatasını buraxmaq, hərbi təhlükə və ya hücum zamanı Belarus ərazisində hərbi vəziyyət tətbiq etmək, qəbul edilmiş qərarı üç gün müddətində Respublika Şurasının təsdiqinə təqdim etməklə tam və ya qismən səfərbərlik elan etmək var.