Belarus Ukrayna ilə sərhəddə yeni desant briqadası formalaşdırır
Digər ölkələr
- 02 avqust, 2026
- 18:07
Belarus Ukrayna ilə sərhəddə, Qomel yaxınlığında yeni 37-ci desant-hücum bölməsinin formalaşdırılmasını başa çatdırır.
"Report" xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aleksandr İlyukeviç Müdafiə Nazirliyinin "VoenTV" telekanalının efirində bildirib.
"Biz artıq hərbi hissələrin formalaşdırılmasına başlamışıq, bir batalyon hazırdır. Bu il daha bir batalyon, döyüş təminatı bölmələri, artilleriya, zenit və kəşfiyyat hissələri formalaşdıracağıq", - o qeyd edib.
Yeni briqadaya artıq zabitlər cəlb olunub və şəxsi heyət çağırılıb.
Qeyd edək ki, Belarusun cənubunda, Qomel yaxınlığında yeni briqadanın formalaşdırılmasına başlanılması barədə 2025-ci ilin avqustunda məlumat verilmişdi.
Son xəbərlər
13:18
"Formula 1": Bakıdakı yarışda trasa ağac budağı düşüb
Formula 113:16
Elnur Bağırov: "TDT ölkələri arasında standartlar üzrə sıx uyğunlaşma vacibdir"
Biznes13:13
Şimali Makedoniya investorları ölkədə qalmağa və yeni sərmayələr yatırmağa dəvət edib
Biznes13:12
Azərbaycan "UkraineInvest" və "Microsoft Ireland Operations Limited" ilə əməkdaşlıq edəcək
Biznes13:11
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
Formula 113:09
Foto
Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq müzakirə olunub
Daxili siyasət13:08
Zelenski Trampla görüşdə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə etdiyini açıqlayıb
Region13:07
Bakıda bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib
İnfrastruktur13:06