Yuxarı

​Belarus 200 km. mənzilli raket kompleksi yaratmağı planlaşdırır

Bu vəzifənin 2016-2017-ci illərdə icra edilməsi nəzərdə tutulub

Bakı. 16 fevral. REPORT.AZ/ Belarus 2016-2017-ci illərdə təqribən 200 km. mənzilli raket kompleksi yaratmağı planlaşdırır.

"Report" "Military Navigator"a istinadən xəbər verir ki, bu barədə ötən gün ölkənin Dövlət Hərbi Sənaye Komitəsinin sədri Sergey Qurulyev prezident Aleksandr Lukaşenkoya məruzə edib.

"Hazırda Komitə Müdafiə Nazirliyi ilə birgə təqribən 200 km. mənzilli yaylım atəşli raket kompleksinin yaradılması üzərində işləyir. Bu vəzifənin 2016-2017-ci illərdə həyata keçirilməsi planlaşdırılır", - deyə komitə sədri bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi