​Bəhreyndə terror aktı nəticəsində 1 qadın ölüb, 3 uşaq yaralanıb

​Bəhreyndə terror aktı nəticəsində 1 qadın ölüb, 3 uşaq yaralanıb Onların avtomobilinin hərəkət etdiyi yolda partlayış baş verib
Digər ölkələr
1 İyul , 2016 03:35
​Bəhreyndə terror aktı nəticəsində 1 qadın ölüb, 3 uşaq yaralanıb

Bakı. 1 iyul. REPORT.AZ/ Bəhreynin paytaxtı Manamanın Əl-Akar əş-Şariy qəsəbəsində baş verən partlayış nəticəsində 1 qadın ölüb, 3 uşaq yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyi cümə axşamı rəsmi "Twitter" səhifəsində məlumat yayıb.

"Terror aktı bir Bəhreyn vətəndaşının ölümünə, 3 uşağın cüzi yaralanmasına səbəb olub. Əl-Akar əş-Şariydə onların avtomobilinin hərəkət etdiyi yolda partlayış baş verib", — deyə nazirliyin məlumatında bildirilir.

Polis araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi