BƏƏ terror aktından sonra Kabildəki səfirliyini bağlayıb
Digər ölkələr
- 01 iyun, 2017
- 06:40
Bakı. 1 iyun. REPORT.AZ/ "Report" xarici KİV-lərə istinadən xəbər verir ki Əfqanıstanın paytaxtında onlarla adamın həlak olduğu terror aktından sonra BƏƏ hökuməti öz səfirliyini bağlayıb və səfirliyin əməkdaşlarını Dubaya köçürüb.
BƏƏ Xarici İşlər Nazirliyi mayın 31-də, terror aktı günü bildirib ki, ölkənin səfirliyinin binası partlayış nəticəsində zədələnsə də, diplomatlar və digər əməkdaşlar xəsarət almayıblar.
Xatırladaq ki, güclü partlayış dünən səhər Kabildə prezident sarayının və xarici səfirliklərin binalarının yaxınlığında baş verib. KİV-lərin məlumatına görə, partlayış nəticəsində həlak olanların sayı 90 nəfərə çatıb, 380 nəfər xəsarət alıb. İŞİD terror qruplaşması partlayışa görə, məsuliyyəti öz üzərinə götürüb.
Son xəbərlər
23:32
ABŞ, Yaponiya və Cənubi Koreya KXDR-in nüvəsizləşdirilməsinin lehinə çıxış edib
Digər ölkələr23:28
Akif Çağatay Kılıç: Türkiyə güclü regional aktordur
Region23:24
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Digər ölkələr23:06
ABŞ-nin beş telekanalı Trampın iştirakı ilə keçirilən tədbirləri işıqlandırmağı dayandırıb
Digər ölkələr23:01
Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib
Xarici siyasət23:00
SEPAH: ABŞ və İsrail gec-tez bölgəni tərk etməlidir
Region22:47
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb
Region22:29
"Atletiko" - "Real" oyununun baş hakimi səhvlərinə görə cəzalandırılacaq
Futbol22:27