BƏƏ koronavirus səbəbi ilə sərhədləri bağlayır
Digər ölkələr
- 18 mart, 2020
- 10:45
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) martın 19-dan bütün xarici vətəndaşlar üçün sərhədlərini bağlayacaq.
“Report” “Qazeta.Ru”ya istinadən xəbər verir ki, bu qərar koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilir.
Məhdudiyyətin ləğv olunacağı tarix göstərilmir.
Qeyd edək ki, BƏƏ-də 113 nəfər koronavirusa yoluxub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 167 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 202 min nəfəri keçib. 8 012 nəfər isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Son xəbərlər
15:01
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə14:52
Azərbaycan mebel idxalına çəkdiyi xərci 18 %-ə yaxın azaldıb
Biznes14:44
Şəhid oğlu: Atamın indi ziyarət edə biləcəyimiz bir məzarının olması böyük təskinlikdir
Qarabağ14:34
"Mançester Siti" "Palmeyras"ın hücumçusu Allan Eliasla razılıq əldə edib
Futbol14:30
Foto
Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər
Xarici siyasət14:28
ADB: ADY insan resurslarının rəqəmsal idarə olunması üzrə beynəlxalq tender elan edib
İKT14:18
Foto
Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2
Daxili siyasət14:11
İsveçrə Azərbaycandan neft tədarükünü 3 dəfə artırıb
Energetika14:10
Foto