BƏƏ Ermənistan vətəndaşlarına viza tələblərini sərtləşdirib

BƏƏ Ermənistan vətəndaşlarına viza tələblərini sərtləşdirib Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ermənistan vətəndaşlarına viza vermək üçün tələbləri sərtləşdirib.
Digər ölkələr
15 Sentyabr , 2020 05:27
BƏƏ Ermənistan vətəndaşlarına viza tələblərini sərtləşdirib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ermənistan vətəndaşlarına viza verilməsi tələblərini sərtləşdirib.

“Report” xəbər verir ki, bu barədə “News.am"a turizm agentliklərindən birində bildirilib.

Qeyd edilir ki, bundan sonra BƏƏ-yə gedən Ermənistan vətəndaşları pasportun nüsxəsi və fotoşəkildən əlavə olaraq, müəyyən edilmiş vaxtda ölkəni tərk etmə öhdəliyinə dair məktubu, oteldə kirayələməyə dair sənədin təsdiqini və ya gələcək yaşayış yerini göstərməlidirlər. Bundan əlavə, son altı ay üçün bank hesabatını, qayıdış biletini də təqdim etmək lazım gələcək.

Tələblər uşaqlar istisna olmaqla, ailənin bütün üzvlərinə aiddir.

Son xəbərlər

Orphus sistemi