BƏƏ-də ilk dəfə koronavirusun "omikron" ştamı qeydə alınıb

BƏƏ-də ilk dəfə koronavirusun "omikron" ştamı qeydə alınıb Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "omikron" ştamının ilk daşıyıcısı qeydə alınıb.
Digər ölkələr
2 Dekabr , 2021 04:51
BƏƏ-də ilk dəfə koronavirusun omikron ştamı qeydə alınıb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "omikron" ştamının ilk daşıyıcısı qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə VAM dövlət xəbər agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

İnfeksiya Afrikadan BƏƏ-yə gələn qadında aşkarlanıb. Yeni ştamın daşıyıcısı COVID-19-a qarşı iki doza ilə peyvənd olunub. Hazırda yoluxan şəxs karantindədir və yerli həkimlərin nəzarətindədir.

Noyabrın 29-dan etibarən BƏƏ "omikron" ştamının yayılması ilə əlaqədar Afrikanın 8 ölkəsindən girişi dayandırıb.

Son xəbərlər

Orphus sistemi