BBC Şimali Koreyadan veriliş yayımlayacaq

BBC Şimali Koreyadan veriliş yayımlayacaq Ölkə əhalisi BBC-nin video-yazıları və internet saytından da yararlanacaq
Digər ölkələr
16 Noyabr , 2016 10:40
BBC Şimali Koreyadan veriliş yayımlayacaq

Bakı. 16 noyabr. REPORT.AZ/ Şimali Koreya sakinləri gündə iki dəfə, yarım saat BBC-nin radio yayımını dinləyəcəklər.

“Report” xəbər verir ki, 2017-ci ilin yazından BBC koreyaca da daxil olmaqla, daha 11 dildə - ahmar, qudcarati, iqbo, maratxi, oromo, picin, pəncab, teluqu, tiqrinya, yorubaca verilişlər yayımlayacaq.

Xəbərdə bildirilib ki, bu informasiya vasitəsinin KXDR-də ofisi yerləşəcək. Ölkə əhalisi BCC-nin videoyazıları və internet saytından da yararlanacaq. Bununla da ingiliscə də daxil olmaqla, BBC 40 dildə veriliş yayımlayacaq. Bu məqsədlə Britaniya hökuməti artıq 289 milyon funt sterlinq ayırıb.

Radionun dünya xəbər xidmətinin başçısı Fran Ansvort bildirib ki, 2022-ci ilə, radionun yaranmasının 100-cü ildönümünədək BBC-nin proqramlarından istifadə edənlərin sayını 500 milyona çatdırmaq niyyətindədirlər. 

Son xəbərlər

Orphus sistemi