Baydenlə Abu Dabinin Vəliəhdi İran və İsraili müzakirə etdi

Baydenlə Abu Dabinin Vəliəhdi İran və İsraili müzakirə etdi İranın yaratdığı təhlükə də həmçinin, diqqət mərkəzində olub.
Digər ölkələr
5 May , 2021 06:35
Baydenlə Abu Dabinin Vəliəhdi İran və İsraili müzakirə etdi
Co Bayden və Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan

ABŞ prezidenti Co Baydenlə Abu Dabinin Vəliəhdi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub.

Bu barədə “Report” Ağ Evə istinadən xəbər verir.

Qeyd olunub ki, tərəflər Əfqanıstan daxil olmaqla regional və qlobal çağırışları müzakirə ediblər. İranın yaratdığı təhlükə də həmçinin, diqqət mərkəzində olub.

“Söhbət zamanı Bayden Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasının strateji əhəmiyyətini vurğulayıb. Bundan əlavə, tərəflər Efiopiya Tiqrayındakı humanitar böhran daxil olmaqla, münaqişələrin həlli üçün birlikdə çalışmanın prioriteti barədə razılığa gəliblər”-deyə, məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi