Bayden Zelenski ilə telefon söhbətindən danışıb

Bayden Zelenski ilə telefon söhbətindən danışıb ABŞ Prezidenti Cozef Bayden ötən həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığının məhsuldar keçdiyini bildirib.
Digər ölkələr
1 Fevral , 2022 00:23
Bayden Zelenski ilə telefon söhbətindən danışıb
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının məhsuldar keçdiyini bildirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

“Prezident Zelenski ilə məhsuldar söhbətimiz oldu və biz diplomatik əlaqələri mütəmadi davam etdiririk”, - Amerika lideri jurnalistlərə deyib.

Qeyd edək ki, prezidentlərin telefon danışığı ötən həftə baş tutub. Ukrayna Prezidenti Volodimir Zelenski də bildirib ki, ABŞ Prezidenti Cozef Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib. Onun sözlərinə görə, dövlət başçıları gərginliyin azaldılması üçün davam edən diplomatik səyləri müzakirə ediblər və gələcək üçün birgə hərəkətlər barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi