Bayden:“Yelizaveta anamı xatırlatdı”

Bayden:“Yelizaveta anamı xatırlatdı” Böyük Britaniya kraliçası II Yelizaveta ABŞ prezidenti Co Baydenlə görüşü zamanı ondan Rusiya prezidenti Vladimir Putin və Çinin rəhbəri Si Tszinp haqqında soruşub.
Digər ölkələr
14 İyun , 2021 00:40
Bayden:“Yelizaveta anamı xatırlatdı”

Böyük Britaniya kraliçası II Yelizaveta ABŞ prezidenti Co Baydenlə görüşü zamanı ondan Rusiya prezidenti Vladimir Putin və Çinin rəhbəri Si Tszinp haqqında soruşub.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Bayden bildirib ki, kraliça Ağ evdəki həyatın necə olduğunu da soruşub. ABŞ rəhbəri həmçinin, II Yelizavetanı Ağ evə dəvət etdiyini də diqqətə çatıdırb.

“Çox mehriban idi. Anamı xatırlatdı”,-Bayden kraliça haqqında deyib.

Qeyd edək ki, bu gün Böyük Britaniya kraliçası II Yelizaveta ABŞ Prezidenti Cozef Byaden və xanımı Cillini Vindzor qalasında qəbul edib.

Son xəbərlər

Orphus sistemi