Bayden və Zelenskinin danışıqları iki saatdan çox davam edib

Bayden və Zelenskinin danışıqları iki saatdan çox davam edib Ağ Evdə ABŞ prezidenti Cozef Baydenin və Ukrayna prezidenti Vladimir Zelenskinin görüşü iki saatdan çox davam edib.
Digər ölkələr
1 sentyabr 2021 21:16
Bayden və Zelenskinin danışıqları iki saatdan çox davam edib
Vladimir Zelenski və Cozef Bayden

Ağ Evdə ABŞ prezidenti Cozef Baydenin və Ukrayna prezidenti Vladimir Zelenskinin görüşü iki saatdan çox davam edib.

Bu barədə “Report” Ukraynanın TSN telekanalına istinadən xəbər verir.

Qeyd edilir ki, danışıqlar mətbuat üçün qapalı olub.

Görüş Bakı vaxtı ilə saat 22:08-də başlayıb, Ukrayna lideri saat 00:18-də Ağ Evi tərk edib. Zelenski görüşdən dərhal sonra jurnalistlərə hər hansı açıqlama verməyərək avtomobilinə əyləşib. Bundan əvvəl isə Ukrayna nümayəndə heyəti Ağ Evi tərk edib.

Orphus sistemi