Bayden üçüncü dəfə koronavirusdan test verib
Digər ölkələr
- 05 oktyabr, 2020
- 02:21
ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd Cosef Bayden koronavirusla bağlı yenidən test verib.
“Report” un xəbərinə görə, bu barədə “Associated Press” siyasətçinin seçki qərargahının açıqlamasına istinadən məlumat verib.
Bundan əvvəl, Bayden, ABŞ-ın hazırki prezidenti Donald Trampda koronavirus aşkarlandıqdan sonra, gün ərzində infeksiya ilə bağlı iki dəfə test verib. Hər iki testin nəticəsi sonuncusu kimi mənfi olub.
Qeyd edək ki, ötən çərşənbə axşamı, Bayden Ohayo ştatının Klivlend şəhərində Tramp ilə ilk seçkiqabağı televiziya debatında iştirak edib. Lakin debatda lazımi tədbirlər görülmüşdü. Xüsusilə, namizədlər əvvəlcədən tərəflər arasında ələ edilən razılaşmaya əsasən səhnəyə çıxarkən əl ilə görüşməyiblər.
Son xəbərlər
03:12
Kuba yenidən işıqsız qalıb
Digər ölkələr02:47
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Digər ölkələr02:11
ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayıb - YENİLƏNİB
Digər ölkələr01:41
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Digər ölkələr01:34
"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb
Digər ölkələr01:11
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Digər ölkələr01:04
Bundesliqa: "Bavariya" 4-cü tur matçında "Union"u darmadağın edib
Futbol00:59
Tramp bəzi jurnalistlərin Ağ Evə girişini qadağan edib
Digər ölkələr00:16