Bayden Rusiyada casusluqda ittiham olunan jurnalisti azad edəcəyinə söz verib

Bayden Rusiyada casusluqda ittiham olunan jurnalisti azad edəcəyinə söz verib Rusiyada casusluqda təqsirli bilinərək mühakimə olunan "Wall Street Journal" qəzetinin jurnalisti Evan Gerşkoviçin geri qaytarılması ABŞ hökuməti üçün prioritet məsələdir.
Digər ölkələr
20 İyul , 2024 00:36
Bayden Rusiyada casusluqda ittiham olunan jurnalisti azad edəcəyinə söz verib

Rusiyada casusluqda təqsirli bilinərək mühakimə olunan "Wall Street Journal" qəzetinin jurnalisti Evan Gerşkoviçin geri qaytarılması ABŞ hökuməti üçün prioritet məsələdir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Cozef Bayden deyib.

O, söz verib ki, Birləşmiş Ştatlar jurnalistin azadlığa buraxılması üçün səylərini davam etdirəcək.

İyulun 19-da Sverdlovsk Vilayət Məhkəməsi amerikalı jurnalisti casusluqla bağlı cinayət işi üzrə 16 il müddətinə azadlıqdan məhrum edib.

Müstəntiqlərin fikrincə, 2023-cü ilin martında Gerşkoviç Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi ilə Yekaterinburqa “Uralvaqonzavod” müdafiə müəssisəsinin fəaliyyəti haqqında məxfi məlumat toplamaq üçün gəlib. O, hərbi texnikanın istehsalı və təmiri ilə bağlı məlumatlarla maraqlanıb.

Son xəbərlər

Orphus sistemi