Bayden ölkədəki silahlı insidentləri ABŞ-ın “epidemiyası” adlandırıb
Digər ölkələr
- 18 fevral, 2023
- 04:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Cozef Bayden Missisipi ştatında baş verən atışmadan sonra silahlı zorakılığı “epidemiya” adlandırıb.
"Report"un məlumatına görə, Amerika lideri Konqresi bununla "artıq indi" mübarizə aparmaq üçün addımlar atmağa çağırıb.
"Bu ilin əvvəlindən 48 gün keçir və ölkəmiz artıq ən azı 73 kütləvi atışma ilə üzləşib. Düşüncələr və dualar kifayət deyil. Silah zorakılığı epidemiyadır və Konqres indi hərəkətə keçməlidir", - Bayden deyib.
O, həmçinin Missisipidə atışma baş verəndən bu günədək federal hüquq-mühafizə orqanlarının ştat hakimiyyəti ilə sıx əlaqədə olduğunu bildirib.
Baydenin sözlərinə görə, o, yerli administrasiyaya federal hakimiyyət orqanları tərəfindən tam dəstək verilməsini əmr edib.
Son xəbərlər
04:53
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
Digər ölkələr
04:28
Dubay yaxınlığında tankerin ətrafında naməlum mərminin partlaması qeydə alınıb
Digər ölkələr
03:51
ABŞ-də Nvidia rəhbərinin vəzifəsinə qaytarılması üçün xüsusi qanundan istifadə müzakirə edilib
Digər ölkələr
03:08
Foto
Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər
Maraqlı
02:43
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
İKT
02:10
Foto
Çempionlar Liqası: "Bavariya" məğlub olub, "Fənərbağça" səfərdə qələbə qazanıb
Futbol
01:53
Rusiyada neft emalı son 20 ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb
Region
01:29
İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir
Digər ölkələr
00:55
ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə konsepsiya hazırlayıb
Digər ölkələr