Bayden koronavirusdan sağalıb

Bayden koronavirusdan sağalıb ABŞ Prezidenti Cozef Bayden koronavirusdan sağalıb.
Digər ölkələr
6 Avqust , 2022 21:01
Bayden koronavirusdan sağalıb

ABŞ Prezidenti Cozef Bayden koronavirusdan sağalıb.

Bu barədə “Report” Ağ Evin tviter hesabına istinadən xəbər verir.

“Bu səhər Prezident Baydenin COVID-19 üçün testi mənfi olub. Doktor Kevin O Konnordan Prezidentə yenilik”, - paylaşımda bildirilir.

Ağ Ev ABŞ liderinin həkiminin açıqlamasını da paylaşıb. Həkim Baydenin özünü yaxşı hiss etdiyini bildirib.

79 yaşlı Bayden ABŞ-ın 49-cu Prezidentidir. Onda COVID-19 ötən həftənin sonlarında aşkarlanıb.  

Artıq bir neçə gün idi ki, Baydenin koronavirus testlərinin nəticəsi müsbət çıxırdı. ABŞ Prezidentinin növbəti koronavirus testinin nəticəsi dünən açıqlanmışdı. Ağ Ev administrasiyasının rəhbərini müalicə edən həkim Kevin O Konnorun bəyanatına görə, Baydenin koronavirus testi növbəti dəfə müsbət çıxmışdı. O, bildirmişdi ki, ABŞ lideri ciddi özünütəcrid qaydalarına riayət etməyə davam edəcək.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma və ölüm sayı üzrə birinci yerdədir.

Son xəbərlər

Orphus sistemi