Bayden Kim Çen Inla görüşməyə hazırdır

Digər ölkələr
  • 11 oktyabr, 2020
  • 02:31
Bayden Kim Çen Inla görüşməyə hazırdır
Bayden Kim

Demokratlar partiyasından prezidentliyə namizəd Co Bayden ölkədə keçirilən seçkilərdə qalib gələcəyi təqdirdə Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı müzakirələr aparmaq üçün Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır.

“Report” xəbər verir ki, bunu amerikalı siyasətçinin keçmiş müşaviri Brayan Makkeon “Yonhap” agentliyinə müsahibəsində söyləyib.

ABŞ-ın hazırkı prezidenti Donald Trampın xarici siyasətini tənqid edən keçmiş müşavir bildirib ki, Tramp və Kim Çen Inın görüşlərindən əvvəl ciddi diplomatik iş aparılmayıb.

“KXDR-in nüvə məsələsi kimi mürəkkəb problemlər iki liderin bir və ya iki saat davam edən görüşü zamanı həll edilmir. Ətraflı məsləhətləşmələr aparılmalı, qarşılıqlı anlaşma əldə edilməli, liderlərin təsdiqləyə, öyrənə və imzalaya biləcəyi sənədlər hazırlanmalıdır”.

Son xəbərlər

Bütün Xəbər Lenti