Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib
Digər ölkələr
- 02 oktyabr, 2024
- 20:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ prezidenti Cozef Bayden İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirməsini məqsədəuyğun hesab etmədiyini bildirib.
"Report"un məlumatına görə, onun sözlərini Ağ Evin mətbuat xidməti yayıb.
Belə ki, jurnalistlərin müvafiq sualını cavablandıran Bayden qısa olaraq “Yox” deyib.
Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İran İsrailə iri raket hücumu həyata keçirib. Xarici KİV-in məlumatına görə, İranın nüvə obyektlərinə zərbə endirilməsi İsrailin cavab ola bilər.
Öz növbəsində, bu gün İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin ölkəsinin ərazisindəki nüvə obyektlərinə hücum etməyə cəsarət etməyəcəyinə əminliyini ifadə edib.
Son xəbərlər
03:41
Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb
Digər ölkələr
03:23
UFC rəhbəri Trampın mətbuat katibi olmaq təklifini rədd edib
Digər ölkələr
02:40
İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
Region
02:26
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
Digər ölkələr
01:57
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
Digər ölkələr
01:53
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
Digər ölkələr
01:34
Tramp: Rusiya və Ukrayna Əbu-Dabi danışıqlarında irəliləyişə nail ola bilər
Digər ölkələr
01:01
Pentaqon kosmosu döyüş əməliyyatları məkanı hesab edir
Digər ölkələr
00:39
Konqresə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə təqdim edilib
Digər ölkələr