Bayden: İraq höküməti "İslam Dövləti" qruplaşmasına qarşı uğurlu mübarizə aparır

Bayden: İraq höküməti "İslam Dövləti" qruplaşmasına qarşı uğurlu mübarizə aparır "Hər şey İraq hökümətinin hadisələrə operativ cavab vermə potensialından asılı olacaq"
Digər ölkələr
10 Aprel , 2015 01:05
Bayden: İraq höküməti İslam Dövləti qruplaşmasına qarşı uğurlu mübarizə aparır

Bakı. 10 aprel. REPORT.AZ/ İraq höküməti terrorçu "İslam Dövləti" (İD) qruplaşmasına qarşı uğurlu mübarizə aparır. "Report"un BBC-yə istinadən verdiyi məlumata görə, bu fikri ABŞ-nı vitse-prezidenti Co Bayden səsləndirib.

Vaşinqtondaki Milli Müdafiyə Universitetində çıxış edən C.Bayden bildirib ki, İD üzvlərinin aktiv irəliləyiş dövrü artıq başa çatıb. Terrorçular əvvəki kimi manevr qabiliyyətinə də malik deyildir. Bununla yanaşı C. Bayden deyib ki, mübarizənin əsas mərhələləri hələ qabaqdadır: "Hər şey İraq hökümətinin hadisələrə operativ cavab vermə potensialından asılıdır".

Qeyd edək ki, gələn həftə İraqın baş naziri Heydər Abadi Vaşinqtona səfər edərək Ağ Ev başçısı Barak Obama ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi