Bayden Haitinin siyasi liderlərinə çağırış etdi

Bayden Haitinin siyasi liderlərinə çağırış etdi Amerika Birləşmiş Ştatları Haitiyə yardım etməyə hazırdır və bu ölkənin siyasi liderlərini dövlətin xeyrinə birləşməyə çağırır.
Digər ölkələr
13 İyul , 2021 06:45
Bayden Haitinin siyasi liderlərinə çağırış etdi
Cozef Bayden

Amerika Birləşmiş Ştatları Haitiyə yardım etməyə hazırdır və bu ölkənin siyasi liderlərini dövlətin xeyrinə birləşməyə çağırır.

“Report” xəbər verir ki, bunu Amerika administrasiyasının rəhbəri Co Bayden jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Haiti sakinləri sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər: “Haitinin siyasi liderləri ölkənin yaxşılığı üçün birləşməlidirlər”.

Qeyd edək ki, naməlum şəxslərin iqamətgaha hücumu nəticəsində Haiti prezidenti Jovenel Moiz qətlə yetirilib. Haiti prezidentinin həyat yoldaşı Martin Moiz də iqamətgaha edilən hücumda ağır yaralanıb.

Daha sonra Haiti Senatı müvəqqəti prezidentini elan edib. Qərarda bildirilir, hökumətin müvəqqəti rəhbəri senat başçısı Jozef Lamber olacaq.

Son xəbərlər

Orphus sistemi