Bayden Əfqanıstandan təxliyə zamanı həlak olan amerikalıların sayını açıqlayıb

Bayden Əfqanıstandan təxliyə zamanı həlak olan amerikalıların sayını açıqlayıb ABŞ Prezidenti Cozef Bayden Əfqanıstandan ordunun çıxarılmasının başa çatması ilə əlaqədar televiziya ilə etdiyi çıxışında təxliyə zamanı həlak olan amerikalıların sayını açıqlayıb.
Digər ölkələr
1 Sentyabr , 2021 01:34
Bayden Əfqanıstandan təxliyə zamanı həlak olan amerikalıların sayını açıqlayıb
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden Əfqanıstandan ordunun çıxarılmasının başa çatması ilə əlaqədar televiziya ilə etdiyi çıxışında təxliyə zamanı həlak olan amerikalıların sayını açıqlayıb.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Bayden bildirib ki, təxliyə zamanı 13 amerikalı əsgər həlak olub, daha 20-i yaralanıb.

Onun sözlərinə görə, qoşunların çıxarılması və təxliyə edilməsi əməliyyatı müharibə deyil, mərhəmət missiyası idi.

ABŞ Prezidenti ordunun Əfqanıstandan çəkilməsini uğurlu bir missiya adlandırıb:

"Dünən gecə ABŞ 20 illik Əfqanıstan müharibəsinə son verdi. Amerika tarixində ən uzun müharibə, tarixdəki ən böyük hava təxliyəsi əməliyyatını tamamladıq".

Son xəbərlər

Orphus sistemi