Baş prokuror: "Genuyada körpünün çökməsi nəticəsində 20 nəfərin itkin düşdüyü güman olunur"
Digər ölkələr
- 16 avqust, 2018
- 12:54
Bakı. 16 avqust. REPORT.AZ/ İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün çökməsi nəticəsində itkin düşən insanların sayı 20 nəfərə qədər arta bilər.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin baş prokuroru Françesko Kotsi bildirib.
Onun sözlərinə görə, körpünün çökməsi təsadüf yox, həmin ərazinin bərbad vəziyyətdə olmasının nəticəsidir. F.Kotsi vurğulayıb ki, hadisə yalnız insanların günahı ucbatından baş verib.
Xatırladaq ki, avqustun 14-də Genuyada avtoban üzərindəki körpünün 200 metrlik hissəsi anbar obyektləri və dəmir yolu xətlərinin üzərinə çöküb. Hadisə zamanı körpüdə 30-dan çox avtomobil olub. Hadisə nəticəsində 38 nəfər ölüb, 15 nəfər yaralanıb.
Qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Son xəbərlər
13:59
Qəzzanın mərkəzində HƏMAS-ın yüksək rütbəli zabiti güllələnib
Digər ölkələr13:52
Video
Sidneydə hücumçulardan biri yerli sakin tərəfindən tərk-silah edilib
Digər ölkələr13:49
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi13:35
KİV: Sidneydəki çimərlikdə atışma zamanı on nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr13:27
Bəqayi: Belarus Prezidenti yaxın günlərdə İran xarici işlər nazirini qəbul edəcək
Region13:20
Robert Levandovskinin "Osasuna" ilə matçda meydana çıxmamasının səbəbi müəyyənləşib
Futbol13:06
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sağlamlıq12:58
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Hadisə12:53