Bolqarıstanda koronavirusdan ölənlərin və yoluxanların sayı artır
Digər ölkələr
- 07 aprel, 2020
- 15:45
Bolqarıstanda koronavirusa yoluxanların sayı 522-yə çatıb.
“Report” “A haber”ə istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutkada ölkədə virusdan ölənlərin sayı 18 nəfər artaraq 37-yə çatıb.
Məlumata görə, Bolqarıstanda fövqəladə vəziyyət rejimi mayın 13-dək uzadılıb.
Bolqarıstanın baş naziri Boyko Borisov Böyük Britaniyanın virusa yoluxaraq hazırda reanimasiyada olan baş naziri Boris Consonun vəziyyətini nümunə göstərib: “Britaniyanın baş naziri xəstəxanada can verir. Ona görə də mənim qabaqlayıcı tədbirləri yumşaldacağımı gözləməyin. Mən öz ölkəmi morqa çevirəcək dövlət adamı olmayacağam”.
Xatırladaq ki, Balkan ölkələrində (Rumıniya, Yunanıstan, Serbiya) koronavirusdan 392 nəfər ölüb.
Son xəbərlər
09:36
Foto
Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib
Xarici siyasət09:29
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
Energetika09:17
Bakıda tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçiriləcək
Daxili siyasət09:09
UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
Futbol09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.09.2026)
Maliyyə08:56
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.09.2026)
Maliyyə08:52
Yaponiyada məktəbdə bibər qazı səbəbindən 24 nəfər xəsarət alıb
Digər ölkələr08:46
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Xarici siyasət08:16