Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti ağırdır
- 18 avqust, 2017
- 23:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 avqust. REPORT.AZ/ Barselonanın mərkəzində baş vermiş terror aktında yaralananların 59-u hazırda xəstəxanadadır. Onlardan 15-nin vəziyyəti ağırdır.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kataloniya hökuməti məlumat yayıb.
"Barselonada törədilmiş terror aktından 24 saat sonra xəstəxanadakı 126 yaralının 67-si müalicə müəssisəsindən buraxılıb. 59 nəfər xəsətəxanada qalmaqdadır. Onlardan 15-i kritik vəziyyətdədir, 25-nin vəziyyəti ağırdır, 7-sinin vəziyyəti orta ağırdır. 12 nəfərin yarası o qədər də ağır deyil", - deyə xəbərdə bildirilir.
Kataloniya hökumətinin açıqlamasında qeyd olunur ki, Kambrilsdə dörd nəfər xəstəxanadan evə buraxılıb, daha 4 nəfər tibb müəssisəsində müalicəsini davam etdirir.