Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiya Suriyada qüvvəsini "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı cəmləşdirməlidir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, "bu faydalı olacaq".
"Rusiyanın öz gücünü İŞİD-ə qarşı yönəltməsi faydalı olardı", — deyə Obama qeyd edib.
Bununla yanaşı o, Birləşmiş Ştatlar və müttəfiqlərinin İŞİD yaraqlıları ilə mübarizəni zəiflətməyəcəklərini bildirib.