Obama bəyan edib ki, ABŞ "Suriya və İraqda və ya istənilən digər yerdə yaraqlılarla mübarizə koalisiyasına" başçılıq edir.
"Biz ordumuzu döyüşmək üçün başqa dövlətin ərazisinə yeritməyəcəyik. Terrorla mübarizə kampaniyası aviasiyadan istifadə etməklə və tərəfdaşların qüvvələrinin dəstəyi ilə aparılacaq" - deyə, Barak Obama qeyd edib.
ABŞ prezidenti İraq hökumətinə və İraq Kürdüstan Regional Hökumətinə "təcili hərbi yardım" üçün 25 mln. dollar vəsait ayırıb. Ehtimal olunur ki, bu vəsait kadrların hazırlanmasına sərf olunacaq.