Barak Obama İraqa qoşun yeritməkdən imtina edib

Barak Obama İraqa qoşun yeritməkdən imtina edib "Terrorla mübarizə kampaniyası aviasiyadan istifadə etməklə və tərəfdaşların qüvvələrinin dəstəyi ilə aparılacaq"
Digər ölkələr
11 Sentyabr , 2014 12:57
Barak Obama İraqa qoşun yeritməkdən imtina edib
Bakı. 11 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama "İslam dövləti" qruplaşması ilə mübarizə üçün İraqa qoşun yeritməkdən imtina edib. Report Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı terrorun məhv edilməsinə həsr olunan nitqində deyib. 

Obama bəyan edib ki, ABŞ "Suriya və İraqda və ya istənilən digər yerdə yaraqlılarla mübarizə koalisiyasına" başçılıq edir. 

"Biz ordumuzu döyüşmək üçün başqa dövlətin ərazisinə yeritməyəcəyik. Terrorla mübarizə kampaniyası aviasiyadan istifadə etməklə və tərəfdaşların qüvvələrinin dəstəyi ilə aparılacaq" - deyə, Barak Obama qeyd edib.

ABŞ prezidenti İraq hökumətinə və İraq Kürdüstan Regional Hökumətinə "təcili hərbi yardım" üçün 25 mln. dollar vəsait ayırıb. Ehtimal olunur ki, bu vəsait kadrların hazırlanmasına sərf olunacaq. 

Son xəbərlər

Orphus sistemi