Bakı. 25 fevral. REPORT.AZ/ Banqladeş hərbçiləri "Biman Bangladesh" aviaşirkətinə məxsus təyyarə Dəkkədən Dubaya uçan zaman onu qaçırmağa cəhd edən kişini güllələyiblər.
"Report" "Daily Star"a istinadən xəbər verir ki, cani 8 dəqiqə davam edən xüsusi əməliyyat zamanı öldürülüb.
Onun üzərində tapança aşkar edilib. Sözügedən şəxsin psixi çatışmazlığı olduğu, baş nazir və onun həyat yoldaşı ilə danışmaq istədiyi bildirilir.
