Banqladeşdə polis bölməsində partlayış olub

Banqladeşdə polis bölməsində partlayış olub Banqladeşin paytaxtı Dəkkədə polis məntəqəsində baş verən partlayış nəticəsində azı 5 nəfər yaralanıb
Digər ölkələr
29 İyul , 2020 11:39
Banqladeşdə polis bölməsində partlayış olub

Banqladeşin paytaxtı Dəkkədə polis məntəqəsində baş verən partlayış nəticəsində azı 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Dhaka Tribune” məlumat yayıb.

Məlumata görə, çərşənbə axşamı gecə hüquq-mühafizə orqanlarının əməkdaşları üç terrorçunu saxlayıblar və onların üzərlərinə baxış zamanı partlayıcı qurğu aşkar edilib.

Hadisə də məhz bu partlayıcı qurğunu zərərsizləşdirmək istəyərkən baş verib.

Yaralılardan 4-ü polis əməkdaşıdır. Yaralılar xəstəxanalara çatdırılıb.

Son xəbərlər

Orphus sistemi