Banqladeşdə ordu helikopteri qəzaya uğrayıb, 4 hərbi yaralanıb

Banqladeşdə ordu helikopteri qəzaya uğrayıb, 4 hərbi yaralanıb Bakı. 3 yanvar. REPORT.AZ/ Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus “Mi-6” helikopterinin sərt eniş etməsi nəticəsində pilot və xarici vətəndaş da daxil olmaqla azı 4 nəfər yaralanıb. 
Digər ölkələr
3 Yanvar , 2018 15:53
Banqladeşdə ordu helikopteri qəzaya uğrayıb, 4 hərbi yaralanıb
РИА Новости / Игорь Агеенко

Bakı. 3 yanvar. REPORT.AZ/ Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus “Mi-6” helikopterinin sərt eniş etməsi nəticəsində pilot və xarici vətəndaş da daxil olmaqla azı 4 nəfər yaralanıb. 

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə silahlı qüvvələrin təmsilçisi Rizol Karim bildirib.

Onun sözlərinə görə, hadisə yanvarın 3-də yeri vaxtla səhər saatlarında Srimanqal yaşayış məntəqəsində baş verib.

Helikopter uçuş-enmə zolağının yaxılığında qəza enişi edib.

İnformasiyaya əsasən, helikopterin göyərtəsində 15 nəfər, o cümlədən Banqladeşdə səfərdə olan Küveyt Silahlı Qüvvələrinin yüksək vəzifəli nümayəndələri də olub. "Dhaka Tribune" adlı qəzetin məlumatına görə, onlardan ikisi yaralanıb. Yaralı küveytlilər yerli hospitala yerləşdiriliblər

Son xəbərlər

Orphus sistemi