Banqladeşdə göyərtəsində 100 sərnişin olan gəmi batıb

Banqladeşdə göyərtəsində 100 sərnişin olan gəmi batıb İnsident ölkə paytaxtından 70 km. şimalda baş verib
Digər ölkələr
154
22 Fevral , 2015 12:25
Banqladeşdə göyərtəsində 100 sərnişin olan gəmi batıb

Bakı. 22 fevral. REPORT.AZ/ Banqladeşdə göyərtəsində ən azı 100 sərnişin olan bərə batıb.

"Report" xəbər verir ki, bu barədə yerli polis nümayəndələrinə istinadən "Reuters" məlumat yayıb.

İnsident ölkə paytaxtı Dəkkədən 70 km. şimalda qeydə alınıb. Ola bilsin ki, hadisəyə bərənin yük gəmisi ilə toqquşması səbəb olub.

Fevralın 13-də Banqladeşdə göyərtəsində 200 sərnişin olan bərə batmışdı.

Son xəbərlər

Orphus sistemi