Banqladeşdə gəmi qəzasında ölənlərin sayı 22 nəfərə çatıb, onlarla insan itkin düşüb

Banqladeşdə gəmi qəzasında ölənlərin sayı 22 nəfərə çatıb, onlarla insan itkin düşüb Banqladeşin şərqindəki Brahmanbaria bələdiyyəsində 100-dən çox sərnişini daşıyan gəminin qəzaya uğraması nəticəsində həlak olanların sayı artıb.
Digər ölkələr
28 Avqust , 2021 08:24
Banqladeşdə gəmi qəzasında ölənlərin sayı 22 nəfərə çatıb, onlarla insan itkin düşüb

Banqladeşin şərqindəki Brahmanbaria bələdiyyəsində 100-dən çox sərnişini daşıyan gəminin qəzaya uğraması nəticəsində həlak olanların sayı artıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, gəminin trauler (balıq ovu üçün nəzərdə tutulan gəmi - red) ilə toqquşması nəticəsində azı 22 nəfər boğulub.

Yerli hakimiyyət orqanlarının rəsmiləri ölənlərin sayının arta biləcəyini vurğulayıblar. Qeyd edilir ki, qəza zamanı 50-dən çox insan itkin düşüb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi